Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamlar saxta çıxdı
Yekaterinburqda məktəblilər arasında İslamı təbliğ etdiyi iddia olunan azərbaycanlı müəlliməyə qarşı sosial şəbəkələrdə yayılan ittihamların həqiqət olmadığı aydınlaşıb.
Ajans.az xəbər verir ki, 157 nömrəli məktəbin direktoru Svetlana Reznikova “Puşkin əvəzinə Qurani-Kərim” yazıları ətrafında yayılan xəbərlərin etnik ədavəti qızışdırmaq məqsədi daşıdığını və saxta olduğunu bildirib. Onun sözlərinə görə, daxili araşdırma zamanı müəyyən edilib ki, müəllimənin saxta səhifəsi naməlum şəxslər tərəfindən yaradılıb, hicablı fotolar və tələbələrlə yazışmalar isə saxtadır.
Mövzular: