Reklam resmi
Reklam resmi

Almaniyada pilotsuz təyyarələri vurmaq səlahiyyəti veriləcək

Almaniyada pilotsuz təyyarələri vurmaq səlahiyyəti veriləcək
Dünya

Almaniya federal polisinin yaxın vaxtlarda pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirmək – o cümlədən vurmaq səlahiyyəti olacaq.

Ajans.az xəbər verir ki,bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt açıqlama verib.

Nazirin sözlərinə görə, bu qərar Rusiyaya məxsus olduğu ehtimal edilən və ölkənin hərbi obyektləri, hava limanları və kritik infrastruktur üzərində həyata keçirilən şübhəli müşahidə uçuşları fonunda qəbul edilib. Almaniya bu uçuşların kəşfiyyat və hədə-qorxu məqsədi daşıdığını düşünür.

Dobrindt qeyd edib ki, yeni qanun layihəsinə əsasən, polisə dronlara qarşı elektromaqnit impulsları, siqnal tıxanması, GPS müdaxiləsi və fiziki zərərvermə üsulları ilə müdaxilə etmək hüququ veriləcək:

“Bu, o deməkdir ki, pilotsuz təyyarələrin tutulması və vurulması artıq Federal Polis üçün qanuni çərçivədə mümkün olacaq”.

Nazir əlavə edib ki, İsrail və Ukraynadan öyrənilmiş təcrübə əsasında yeni texnologiyalar tətbiq olunacaq və əyalət və federal polis üçün birgə pilotsuz aparatlara qarşı müdafiə mərkəzi yaradılacaq.

Almaniya rəsmiləri bu il ərzində ölkədəki hərbi bazalar, sənaye müəssisələri və digər strateji obyektlər üzərində çoxsaylı pilotsuz uçuşların qeydə alındığını bildiriblər. Keçən həftə Münhenin cənubunda müşahidə edilən dronlar şəhərin hava limanının iki dəfə bağlanmasına, onlarla reysin ləğvinə və minlərlə sərnişinin yerə enməsinə səbəb olub. Bənzər hallar Danimarka və Norveçdə də yaşanıb.

Almaniyanın kansleri Fridrix Merz isə məsələ ilə bağlı ARD kanalına verdiyi müsahibədə bildirib:

“Biz güman edirik ki, bu dron uçuşlarının əksəriyyətinin arxasında Rusiya dayanır”.

Ertəsi gün NTV kanalına danışan Merz, Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarına istinad edərək deyib:

“O, açıq şəkildə bu fəaliyyətlərin Rusiyadan qaynaqlandığını etiraf edir. Bizi qorxutmaq istəyirlər. Amma biz qorxmayacağıq və bu təhdidə qarşı effektiv müdafiə tədbirləri görəcəyik”.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya pilotsuz təyyarələri

Digər Xəbərlər