Reklam resmi
Reklam resmi

İranlı qadınlar qadağalara meydan oxuyur

İranlı qadınlar qadağalara meydan oxuyur
Dünya

Dünən sosial şəbəkələrdə Tehran küçələrində motosiklet sürən bir qrup qadının görüntüləri yayılıb. İranın rəsmi qanunvericiliyində qadınların motosiklet sürməsi qadağan olunsa da, xüsusilə böyük şəhərlərdə qadın motosikletçilərin sayı artmaqdadır.

Ajans.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir.

Daha əvvəl İran Polis Komandanlığının (FƏRAJA) Yol Polisinin rəisi Teymur Hüseyni qadınların motosiklet sürmək üçün vəsiqə almasına icazə verən qanuna dəyişiklik edilməsi planlarından danışmışdı. Lakin o, bu dəyişikliklərin yalnız rəsmi açıqlamadan sonra qüvvəyə minəcəyini vurğulamışdı.

Hazırda isə qanunda bu dəyişikliklə bağlı rəsmi heç bir addım atılmayıb. Dünən Rəşt şəhər polisinin rəisi yerli mediaya açıqlamasında bildirib: “Bizdə qadınların motosiklet sürməsinə icazə verən qanun yoxdur”.

Beləliklə, qadınların motosiklet sürməsi ilə bağlı qadağa hələ qüvvədədir və bu istiqamətdə rəsmi təsdiq gözlənilir. İranlı qadınların bu cür addımları isə cəmiyyətdə və sosial mediada geniş müzakirələrə səbəb olur.

Начало формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran Tehran

Digər Xəbərlər