Reklam resmi
Reklam resmi

Alimlər Alzheimer xəstəliyinin qarşısını aldı

Alimlər Alzheimer xəstəliyinin qarşısını aldı
Dünya

Üç nanohissəcik inyeksiyası ilə Alzheimer xəstəliyinin gedişatını geri çevirmək mümkündür.

Ajans.az xəbər verir ki,bu barədə Signal Transduction and Targeted Therapy (STTT) jurnalında dərc edilmiş yeni araşdırmada bildirilir.

Kataloniya Biomühəndislik İnstitutu və Qərbi Çin Universitetinin tədqiqatçıları siçanlar üzərində aparılan təcrübələr nəticəsində Alzheimer xəstəliyinin inkişafının qarşısını alan texnologiya təqdim ediblər. Ənənəvi dərmanlardan fərqli olaraq, bu texnologiya nanohissəciklər vasitəsilə beyin qan damarlarının funksiyasını və qan-beyin maneəsinin fəaliyyətini bərpa edir, beləliklə də müstəqil və kompleks müalicə üsulu kimi çıxış edir.

Araşdırma zamanı alimlər müəyyən ediblər ki, damar sisteminin zədələnməsi və amiloid-β kimi zəhərli zülalların beyindən təmizlənməsinin pozulması demensiyanın inkişafında əsas amillərdən biridir.

Üç nanohissəcik inyeksiyasından sonra siçanların beynində amiloid səviyyəsi cəmi bir saat ərzində 50–60 faiz azalıb. Bir neçə ay davam edən müşahidələr nəticəsində heyvanların idrak funksiyalarının tam şəkildə bərpa olunduğu müəyyən edilib.

Tədqiqatçılar bildirirlər ki, bu təsir məhz beynin damar sisteminin normallaşdırılması ilə bağlıdır. Onların fikrincə, bu yanaşma neyrodegenerativ xəstəliklərin — o cümlədən Alzheimerin — müalicəsində yeni bir mərhələ aça bilər. Burada əsas məqsəd neyronları birbaşa müalicə etmək yox, beynin təbii özünü təmizləmə mexanizmlərini və damar sağlamlığını bərpa etməkdir.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Alzheimer alimlər

Digər Xəbərlər