Çin: Yaponiya ABŞ üçün əsas təhlükəyə çevrilib
Yaponiya ABŞ üçün əsas hərbi və iqtisadi təhlükəyə çevrilib.
Ajans.az xəbər verir ki,bu barədə Çin nəşri Sohu analitik məqaləsində yazıb.
Məqalədə qeyd edilir ki, Tokio bu məsələdə sakit şəkildə Rusiya və Çini geridə qoyub. Müəlliflərin fikrincə, Yaponiya uzun illər ABŞ-ın himayəsində olsa da, eyni zamanda hərbi gücünü sistemli şəkildə artırıb.
Bu siyasət nəticəsində Yaponiya donanması əhəmiyyətli dərəcədə gücləndirilib. Bundan əlavə, Tokio sənaye sahəsində, xüsusilə çip və yarımkeçirici istehsalında qlobal liderlərdən birinə çevrilib.
Çin analitiklərinin fikrincə, Yaponiyanın həm texnoloji, həm də hərbi sahədəki bu sürətli yüksəlişi ABŞ üçün potensial strateji risklər yarada bilər.
Mövzular: