Makron: dərhal atəşkəs elan olunmalıdır
Fransa Prezidenti Emmanuel Makron, Fələstinin HƏMAS qruplaşmasının İsrailə hücumu və Qəzza zolağında müharibənin ikinci ildönümü ilə bağlı açıqlama verib.
Ajans.az xəbər verir ki,o, bütün girovların azad edilməsinə və dərhal atəşkəsin elan olunmasına çağırıb.
“7 oktyabr. HƏMAS terrorunun törətdiyi təsvirolunmaz dəhşətdən iki il keçsə də, ağrı hələ də dərin olaraq qalır. Biz unutmamışıq. 51 vətəndaşımız da daxil olmaqla, bütün qurbanlarla həmrəyik. Düşüncələrimiz HƏMAS tərəfindən hələ də saxlanılan 48 girovladır. Biz onların azad olunması üçün yorulmadan çalışırıq. Atəşkəs təcili şəkildə həyata keçirilməlidir. Qurbanların ailələrinin kədərini və hələ də gözləyənlərin əzabını paylaşmalıyıq”, – deyə Makron bildirib.
Qeyd edək ki, Fransa Fələstin dövlətçiliyini tanıyan ölkələr sırasındadır. Bu addım İsrailin sərt reaksiyasına səbəb olub.
Hazırda Misirdə HƏMAS və İsrail arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəsə dair dolayı danışıqlar davam edir.