Reklam resmi
Reklam resmi

Dəhşətli qətl- arvadını öldürən şəxs TUTULDU

Dəhşətli qətl- arvadını öldürən şəxs TUTULDU
Kriminal
406

Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli şəxs tutulub.

Bu haqda Ajans.az-a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Mövzular:
Şəmkir Qətl Ölüm

Digər Xəbərlər