Reklam resmi
Reklam resmi

İsrail Qreta Tunberq də daxil olmaqla 171 fəalı deportasiya edib

İsrail Qreta Tunberq də daxil olmaqla 171 fəalı deportasiya edib
Dünya

İsrail hakimiyyəti ekoloji və siyasi fəal Qreta Tunberq də daxil olmaqla 171 nəfəri ölkədən deportasiya edib.

Ajans.az yerli KİV-lərə istinadən xəbər verir ki, deportasiya olunanlar Yunanıstan və Slovakiyaya göndəriliblər.

Fəalların son günlərdə İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı etiraz aksiyalarında iştirak etdikləri bildirilir. İsrail rəsmiləri onların ölkədə qalmasının “ictimai asayiş və təhlükəsizlik üçün risk” yaratdığını əsas gətiriblər.

Qeyd edək ki, Qreta Tunberq son aylarda İsrailin hərbi addımlarını açıq şəkildə tənqid edir və fələstinlilərə dəstəyini ifadə edirdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Qreta Tunberq

Digər Xəbərlər