Reklam resmi
Reklam resmi

Gürcüstanda çevriliş cəhdinə görə ittihamlar irəli sürüldü

Gürcüstanda çevriliş cəhdinə görə ittihamlar irəli sürüldü
Dünya

Gürcüstan Prokurorluğu bir sıra müxalifət nümayəndələrini hökuməti devirməyə cəhddə ittiham edib. Rəsmi məlumat agentliyin saytında dərc olunub.

Ajans.az xəbər verir ki,ittihamlar müxalifət partiyalarının, o cümlədən sabiq prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkatın (VHM) üzvlərinə qarşı irəli sürülüb.

İttiham olunan şəxslər arasında Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridze yer alır. Onlar Gürcüstanda keçirilən etiraz aksiyalarının təşkilində və hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirləndirilirlər.

Prokurorluq bildirib ki, araşdırmalar zamanı müxalifət nümayəndələrinin dövlət çevrilişinə hazırlıq məqsədi güdən fəaliyyətlərinə dair sübutlar əldə olunub. Hazırda təhqiqat davam etdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan etirazlar

Digər Xəbərlər