Azərbaycanda təhlükəli göz xəstəliyi- DİQQƏTLİ OLUN
Ötən gün MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “ Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.
Ajans.az xəbər verir ki, verilişdə ağır göz xəstəlikləri və “Qlaukoma-qara su” xəstəliyindən, onların yaratdığı fəsadlardan, gətirə biləcəyi təhlükələrdən söz açılıb.
Proqramın qonaqları professor, oftalmoloq Paşa Qəlbinur, Azərbaycan Tibb Universitetinin “Göz xəstəlikləri” kafedrasının oftalmoloqları Şahnaz Abdullayeva və Xumar İbrahimova iştirak ediblər.
Həkimlər göz xəstəliklərinin artması, yaratdığı problemlərdən ətraflı danışıblar. Professor Paşa Qəlbinur qeyd edib ki, görmə orqanı insanın aldığı informasiyanın 90%-dın artığını əhatə edir. İnsanların bir çoxu göz ağrılarına məsuliyyətlə yanaşmır. Sonradan da bəzən bərpası mümkün olmayan xəstəliklərə yol açır.
2020-ci ildə 80 milyondan artıq Qlaukoma xəstəsi qeydə alınıb. Onlardan 6 milyona yaxını isə, görməsini tamamilə itirib. Dünya statistikası araşdırıb ki, 2040-cı ildə bu xəstələrin sayı 112 milyona çatacaq.
Həkimlər bildirib ki, qarasu bütün dövrlər üçün böyük problem sayılır. Hətta gözlərdə qaşınma, sulanma, ağrı, qızartı olarsa, ovuşdurmaq qəti qadağandır. Sonda tövsiyə olunub ki, gözdə problem hiss edilən an dərhal həkimə müraciət edilsin.
View this post on Instagram