Ajans.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski “Telegram” kanalında məlumat verib.

“Düşmən şəhərimizi yenidən hədəfə alıb. Rusiya dronu yanacaqdoldurma məntəqəsinə düşüb”, – deyə o bildirib.

Hadisə yerindən yayılan fotolarda partlayışdan sonra qalxan böyük tüstü sütunu aydın görünür.

Ukrayna mediasının məlumatına görə, hücum yerli vaxtla günorta saatlarında baş verib. Hadisə ilə bağlı dəymiş zərər və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.