Reklam resmi
Reklam resmi

Ukraynada dron hücumunda azərbaycanlı həlak oldu - Foto

Ukraynada dron hücumunda azərbaycanlı həlak oldu - Foto
Dünya

Donetsk vilayətinin Konstantinovka şəhərinin Azərbaycan əsilli sakini, əslən Xaçmaz şəhərindən olan 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

Ajans.az “Report”a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

Müzəffər Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.

Mövzular:
Ukrayna dron hücumu azərbaycanlı həlak

Digər Xəbərlər