Avtobusun altında qalıb ölən qadın qardaşı ilə dalaşıb qaçırmış...
Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az Gencexeber.az-a istinadən məlumatına görə, Gəncə şəhərində yeni istifadəyə verilən “İsuzu Novociti” markalı marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Mövzular: