Reklam resmi
Reklam resmi

“Evdə Tək” filminin ulduzu əlil arabasına məhkum qalıb

“Evdə Tək” filminin ulduzu əlil arabasına məhkum qalıb
Dünya

Britaniyalı aktyor və müğənni Tim Karri insult keçirdikdən sonra hələ də sərbəst yeriyə bilmədiyini açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə The Hollywood Reporter məlumat yayıb.

79 yaşlı aktyor bildirib ki, 2012-ci ildə insult keçirib. Hadisə günü o, masaj seansına gedib və vəziyyətinin ağır olduğunun fərqində olmayıb. Onun sözlərinə görə, məhz masajçı vəziyyətdən şübhələnərək təcili tibbi yardım çağırıb. Karri əvvəlcə bunu ciddiyə almasada, gələn tibb işçiləri insultun əlamətlərini təsdiqləyiblər.

“İndi hələ də yeriyə bilmirəm. Əlil arabasından istifadə etməyə məcburam. Bu, olduqca məhdudlaşdırıcıdır,” – deyə aktyor bildirib.

Tim Karri “Evdə Tək 2: Nyu Yorkda İtirilmiş”, “The Rocky Horror Picture Show” və Stiven Kinqin “O” romanının ekranlaşdırmasındakı rolları ilə tanınıb. Hal-hazırda o, əsasən cizgi filmləri və video oyunlarda səsləndirmə işi ilə məşğuldur.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Britaniya “Evdə Tək”

Digər Xəbərlər