Rusiyada “Jirinovski bloku” adlı hərəkatı yaradılıb
Rusiyada Vladimir Jirinovskinin siyasi irsini yaşatmaq və ideyalarını qorumaq məqsədilə yeni ictimai təşkilat yaradılıb.
Ajans.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, ölkədə rəsmi olaraq “Jirinovski bloku” adlı ümumrusiya ictimai hərəkatı təsis edilib.
Hərəkatın yaradılması təşəbbüsü Liberal Demokrat Partiyasının (LDPR) hazırkı sədri, Dövlət Dumasındakı LDPR fraksiyasının rəhbəri Leonid Slutskiyə məxsusdur.
Mövzular: