Yerə yaxınlaşan obyektə ilk baxış: NASA səssizliyə bürünüb
İnsanlıq tarixində üçüncü dəfə Günəş sistemimizdən keçən ulduzlararası obyekt — 3I/ATLAS — bu gün Marsın 18 milyon mil yaxınlığından keçəcək. Qırmızı Planetin orbitində dövr edən Mars Express və ExoMars zondları bu sirli qonağın ən yaxın görüntülərini və analizlərini əldə etməyə hazırlaşır.
Ajans.az xəbər verir ki,bu kritik mərhələ ərəfəsində NASA-nın susqunluğu diqqət çəkir. ABŞ-da hökumətin bağlanması nəticəsində federal qurumlar, o cümlədən NASA, fəaliyyətini məhdudlaşdırıb. Rəsmi sayt yenilənmir, ictimaiyyətlə məlumat paylaşımı dayandırılıb.
Bu isə o deməkdir ki, 3I/ATLAS-la bağlı vacib məlumatlar ictimaiyyətə gecikmə ilə çata bilər. Qeyd edək ki, NASA sentyabr ayında Marsda mikrob həyatının kəşfi ilə bağlı tarixi mətbuat konfransı keçirmişdi. İndi isə analoji əhəmiyyətə sahib bir hadisənin şərhsiz ötüb keçməsi mümkündür.
Mövzular: