ABŞ-ın bu hava limanında iki sərnişin təyyarəsi TOQQUŞDU
ABŞ-da Nyu-Yorkun La Guardiya hava limanında “Delta Air Lines Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.
Ajans.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Qəza zamanı təyyarədə ümumilikdə 93 nəfərin olduğunu və qəzanın aşağı sürətlə baş verdiyini bildirilir.
Federal Aviasiya İdarəsi (FAA) toqquşmanın M və A zolaqlarının kəsişməsində baş verdiyini və qəzanın səbəbinin araşdırıldığını bildirib.

Mövzular: