Zəhərlənən Bəşər Əsəd xəstəxanadan evə BURAXILDI
Suriyanın sabiq prezidenti Bəşər Əsəd zəhərlənmə cəhdindən sonra Moskva xəstəxanasından evə buraxılıb.
Ajans.az xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqlarının Müşahidəsi Təşkilatı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Əsədi zəhərləmək istəyənlər Rusiya hökumətini çətin vəziyyətə salmaq və onu keçmiş Suriya prezidentinin zəhərlənməsində ittiham etmək niyyətində olublar.
Yanvar ayında yayılan xəbərlərə əsasən, Əsəd Moskvaya gəldikdən sonra onu zəhərləməyə cəhd edilib. Hadisə dekabrın sonunda baş verib. Əsəd özünü pis hiss etdikdən sonra tibbi yardım üçün müraciət edib və onun orqanizmində zəhər aşkar edilib.
Mövzular: