Ajans.az xəbər verir ki, respublikaçılar ABŞ Konqresinin hər iki palatasına nəzarət etsələr də, hökuməti maliyyələşdirmək üçün senatda onlara 60 səs lazımdır. Hakim partiyanın isə hazırda 53 yeri var.

Oktyabrın 1-də Senat büdcə qanun layihəsini təsdiq edə bilmədiyi üçün ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

Buna demokratlar və respublikaçılar arasında səhiyyənin maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəb olub.

İndi yüz minlərlə dövlət işçisi məzuniyyətə buraxılacaq və fövqəladə hallar xidmətinin işçiləri ödənişsiz işləməyə məcbur olacaqlar.