Reklam resmi
Reklam resmi

Qatlana bilən iPhone gəlir? Yeni iddia gündəmdə

Qatlana bilən iPhone gəlir? Yeni iddia gündəmdə
Dünya

Samsung-un “Phone Fold” adı ilə tanınan qatlana bilən telefon layihəsi üzərində iş apardığına dair yeni məlumatlar texnologiya dünyasında rezonans doğurub.

Ajans.az xəbər verir ki,bu barədə Samsung Display şirkətinin prezidenti Li Çonq açıqlamasında bildirib. Qatlana bilən OLED panellər yaxın vaxtlarda “Şimali Amerikadan olan bir müştəriyə” təqdim ediləcək. Həmin müştərinin adı rəsmi şəkildə açıqlanmasa da, texnologiya dairələrində bu müştərinin Apple ola biləcəyi ehtimal edilir.

Bu məlumat, uzun müddətdir müzakirə olunan “iPhone Fold” şayiələrini yenidən gündəmə gətirib və Apple-ın qatlana bilən smartfon bazarına daxil ola biləcəyi ilə bağlı gözləntiləri artırıb.

Samsung hazırda qatlana bilən panellərin kütləvi istehsalını sürətləndirməyi planlaşdırır. Əgər bu panellər Apple-ın yüksək keyfiyyət standartlarına uyğun gələrsə, qatlana bilən iPhone-un yaxın illərdə bazarda görünməsi real perspektiv kimi dəyərləndirilir.

Texnoloji analitiklərə görə, Apple bu sahəyə daxil olarsa, məhsulun həm funksionallığı, həm də bazar uğuru baxımından güclü potensiala malik olacağı gözlənilir.

Digər tərəfdən, Google artıq Pixel Fold modeli ilə qatlana bilən cihaz bazarına ilk addımını atıb. Samsung isə bu texnologiyanın aparıcı istehsalçısı olaraq mövqeyini qoruyur. Beləliklə, Apple-ın da bu yarışa qoşulması qatlana bilən telefon bazarında rəqabəti daha da gücləndirə bilər.

Hazırda Apple tərəfindən bu mövzu ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Samsung iPhone

Digər Xəbərlər