Reklam resmi
Reklam resmi

Peskov: Putin-Zelenski görüşünə hazırlaşmaq mümkün deyil

Peskov: Putin-Zelenski görüşünə hazırlaşmaq mümkün deyil
Dünya

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşə hazırlaşmaq bu mərhələdə mümkün deyil.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Kommersant” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli təmaslar hazırda nəticə verə bilməz, çünki belə mürəkkəb məsələlərin həlli üçün ilkin danışıqlar mərhələsi vacibdir.

“Yüksək səviyyəli təmaslar özlüyündə nəticə verə bilməz, çünki onlar belə mürəkkəb və çətin məsələlərin həllinə kömək etməyəcək. Təəssüf ki, biz hazırda Ukrayna tərəfi ilə belə bir görüş hazırlaya bilmirik. Kiyev rejimi İstanbul danışıqlar prosesini davam etdirməyə tələsmir, təqdim olunan sənədlər layihəsinə ləng reaksiya verir və üç işçi qrupunun yaradılmasına cavab vermir,” – deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqlar prosesi bir müddət əvvəl dayandırılıb və indiyədək bərpa olunmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər