Reklam resmi
Reklam resmi

Moldova müxalifəti: "Ədaləti küçədə və məhkəmədə axtaracağıq"

Moldova müxalifəti: \"Ədaləti küçədə və məhkəmədə axtaracağıq\"
Dünya

Moldovada müxalif "Vətənpərvərlər Bloku" parlament seçkilərinin nəticələrini şübhə altına alıb və nəticələrin ləğvi üçün həm məhkəmə orqanlarına, həm də küçə etirazlarına müraciət edəcəyini bəyan edib.

Ajans.az xəbər verir ki,təşkilatın rəsmi açıqlamasında seçkilərin demokratik prinsiplərə uyğun keçirilmədiyi iddia olunur:

“Bu seçkiləri azad və ədalətli adlandırmaq olmaz. Onlar siyasi özbaşınalığın, hakimiyyətin qorxaqlığının və Mərkəzi Seçki Komissiyasının nəzarət altındakı fəaliyyətinin rüsvayçılıq nümunəsi oldu.”

Blokun nümayəndələri ədalət axtarışını küçə etirazları, məhkəmələr və zərurət yaranarsa, Konstitusiya Məhkəməsi vasitəsilə davam etdirəcəklərini vurğulayıblar.

Hazırda Moldova hakimiyyəti və Mərkəzi Seçki Komissiyası müxalifətin irəli sürdüyü ittihamlarla bağlı hər hansı şərh verməyib. Seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən qiymətləndirilməsi də hələlik ictimaiyyətə təqdim olunmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Moldova parlament seçkiləri

Digər Xəbərlər