Reklam resmi
Reklam resmi

Madaqaskar Prezidenti hökumətin buraxıldığını ELAN ETDİ

Madaqaskar Prezidenti hökumətin buraxıldığını ELAN ETDİ
Dünya

Madaqaskar prezidenti Andri Radzuelina ölkə ərazisində keçirilən etirazlar fonunda hökumətin buraxıldığını elan edib və üç gün ərzində yeni baş naziri təyin edəcəyinə söz verib.

Ajans.az xəbər verir ki, bu barədə 2424.mg portalı məlumat yayıb.

Onu da qeyd edək ki, Madaqaskarda su və elektrik enerjisinin kəsilməsinə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 22 nəfər həlak olub.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb. "Ən azı 22 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Qurbanlar arasında etirazçılar və yoldan keçənlər vətəndaşlar var ki, onları təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürüb. Həmçinin etirazçılarla əlaqəsi olmayan ayrı-ayrı şəxslər və dəstələr tərəfindən törədilən genişmiqyaslı zorakılıq və talan nəticəsində həlak olanlar da var", - məlumatda deyilir. 

Verilən qərar da məhz bu etiraz aksiyalarından sonra alınıb. 

Mövzular:
Madaqaskar ölkə ərazi etiraz

Digər Xəbərlər