Reklam resmi
Reklam resmi

Rusiyada 135 min nəfər orduya çağırılacaq

Rusiyada 135 min nəfər orduya çağırılacaq
Dünya

Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin payız çağırışı ilə bağlı fərman imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Ajans.az xəbər verir ki, 18-30 yaş arası 135 min Rusiya vətəndaşı hərbi xidmətə çağırılacaq. Çağırış müddəti 1 oktyabr – 31 dekabr 2025-ci il tarixlərini əhatə edəcək.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini, vitse-admiral Vladimir Tsimlyanski daha əvvəl bildirmişdi ki, payız çağırışı çərçivəsində orduya cəlb olunan şəxslər yalnız Rusiya daxilində yerləşən hərbi hissələrə göndəriləcək və onlar “xüsusi hərbi əməliyyat”da iştirak etməyəcəklər.

Tsimlyanski həmçinin qeyd edib ki, çağırış prosesi Vahid Hərbi Qeydiyyat Reyestri vasitəsilə aparılacaq. Vətəndaşlara kağız formasında çağırış vərəqələri də təqdim olunacaq.

Məlumat üçün bildirək ki, 2024-cü ilin payız çağırışı zamanı 133 min, 2025-ci ilin yaz çağırışı zamanı isə 160 min nəfər hərbi xidmətə cəlb olunmuşdu.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Vladimir Putin

Digər Xəbərlər