Reklam resmi
Reklam resmi

İspaniya ABŞ-ın İsrailə silah daşıyan gəmilərinin tranzitini qadağan edib

İspaniya ABŞ-ın İsrailə silah daşıyan gəmilərinin tranzitini qadağan edib
Dünya

İspaniya hökuməti, İsrailə silah, sursat və hərbi texnika daşıyan ABŞ gəmilərinin və təyyarələrinin ölkə ərazisində yerləşən Rota (Kadiz) və Moron de la Frontera (Sevilya) hərbi bazaları vasitəsilə tranzit keçməsini qadağan edib.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı "El Pais" qəzeti yayıb.

Qadağa yalnız birbaşa İsrailə gedən gəmilərə deyil, eyni zamanda ara dayanacaqdan sonra İsraili son təyinat məntəqəsi kimi göstərən gəmilərə də şamil olunur. Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ hərbi gəmilərinin yükü bəzən açıqlanmasa da, müttəfiqlər arasında münasibətlər etimada əsaslandığı üçün belə hallar ciddi diplomatik nəticələr doğura bilər.

Mənbələr qeyd edir ki, Madrid Vaşinqtonu əvvəlcədən məlumatlandıraraq bu qərarı verib. ABŞ tərəfi məsələyə hələlik rəsmi reaksiya bildirməyib.

Qərar, İspaniyanın Qəzza zolağındakı vəziyyətə görə İsrailə qarşı sərt mövqe tutmasının davamı kimi qiymətləndirilir. Xatırladaq ki, bir müddət əvvəl İspaniya Nazirlər Şurası, İsrailə qarşı rəsmi silah embarqosu tətbiq edən fərmanı təsdiqləmişdi.

Bu addım, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara beynəlxalq reaksiyaların gücləndiyi bir dövrə təsadüf edir. İspaniya rəsmi dairələri dəfələrlə Qəzzada humanitar vəziyyətin pisləşməsi və mülki əhalinin qorunması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya ABŞ

Digər Xəbərlər