Reklam resmi
Reklam resmi

Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb

Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
Dünya

PAS seçkilərdə qalib gəldi və parlament çoxluğunu qorudu.

Ajans.az xəbər verir ki,Moldovada keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə əsasən, prezident Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 50,15 faiz səs toplayaraq qalib gəlib və parlamentdəki çoxluq mövqeyini qoruyub. Bu barədə məlumatı ölkənin Mərkəzi Seçki Komitəsi (MSK) bülletenlərin 99,87 faizinin emalından sonra yayıb.

İkinci yeri keçmiş prezident İqor Dodonun rəhbərlik etdiyi Vətənpərvərlər Bloku tutub – blok 24,19 faiz səs toplayıb. Bu siyasi birlik Moldovanın Sosialist Partiyası, Kommunist Partiyası, Moldovanın Gələcəyi və Moldovanın Ürəyi partiyalarından ibarətdir.

Digər partiyaların nəticələri isə aşağıdakı kimidir:

  • “Alternativ” (Avropayönlü partiyalar bloku) – 7,97%
  • “Bizim” partiyası (keçmiş prezidentliyə namizəd, Baltı şəhərinin keçmiş meri Renato Usatîinin rəhbərliyi ilə) – 6,20%
  • “Evdə Demokratiya” partiyası – 5,62%

Qalan siyasi qüvvələr seçicilərin bir faizindən az dəstəyini qazana biliblər və parlamentə keçid üçün tələb olunan 5 faizlik baryeri aşa bilməyiblər.

Seçkilərin yekun nəticələrinin yaxın günlərdə Mərkəzi Seçki Komitəsi tərəfindən təsdiqlənməsi gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Moldova parlament seçkiləri

Digər Xəbərlər