Ajans.az xəbər verir ki, Meksikalı dayver Roka-Suçiya bölgəsində təxminən 30 metr dərinlikdə sualtı tədqiqatlar apararkən baş dərisindən və üzünün sol tərəfindən zədələr alıb.

Suyun səthinə çıxdıqdan sonra ona təcili yardım göstərilib, qanaxma dayandırılıb.

Dayverə hücum edən köpəkbalığının növü hələlik açıqlanmır.

Qeyd edək ki, Kokos adası, zəngin dəniz faunası, o cümlədən çəkicbaş və digər akula sürüləri sayəsində dünyanın hər yerindən dayverləri cəlb edir. Bu ərazidə oxşar hücumlara nadir hallarda rast gəlinir. Sonuncu səs-küylü hadisə 2017-ci ildə baş vermişdi. Həmin vaxt ABŞ-dən olan qadın pələng akulasının dişləməsindən həlak olmuşdu.