Reklam resmi
Reklam resmi

Rusiyanın raket zərbəsi: Polşa səfirliyi zərər gördü

Rusiyanın raket zərbəsi: Polşa səfirliyi zərər gördü
Dünya

Polşanın Kiyevdəki səfirliyi Rusiyanın raket zərbəsi nəticəsində zədələnib.

Ajans.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski məlumat yayıb.

“Mərminin parçası və ya kiçik çaplı mərmi konsulluq bölməmizin damına düşüb, sonra mətbəxə daxil olub. Heç kim xəsarət almayıb”, – Vronski bildirib.

O əlavə edib ki, insident səfirliyin fəaliyyətinə təsir göstərməyəcək.

Mövzular:
Kiyev səfirliyi Rusiya Ukrayna Polşa zərbə

Digər Xəbərlər