Reklam resmi
Reklam resmi

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib, Prezident və birinci xanım tədbiri izləyiblər

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirilib, Prezident və birinci xanım tədbiri izləyiblər
Dünya

Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçirildi.

Ajans.az xəbər verir ki, mərasim Azərbaycan Dövlət Televiziyası ilə canlı yayımlanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.

Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.

Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov və Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov çıxış ediblər.

Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.

Tədbir bədii hissə ilə davam edib.

Mövzular:
Mərasim . açılış idman

Digər Xəbərlər