Reklam resmi
Reklam resmi

Beynəlxalq yarışdan kənarlaşdırıldı- BU ÖLKƏ

Beynəlxalq yarışdan kənarlaşdırıldı- BU ÖLKƏ
Dünya

Oktyabrın 4-də İtaliyada keçiriləcək “Giro dell Emilia” veloyarışında ”İsrail-Premier Tech” komandasının iştirakı ləğv edilib.

Ajans.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, komandanın yarışdan kənarlaşdırılması qərarı son vaxtlar Fələstin etirazlarının artması fonunda verilib. Yarış təşkilatçıları bunu ictimai təhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırıblar.

Birgünlük “Giro dell Emilia” yarışı Bolonyada başa çatacaq. Təşkilatçılar məhz finiş xəttinin etiraz aksiyalarına tuş gələ biləcəyindən ehtiyat ediblər.

Mövzular:
İsrail “Giro dell Emilia” veloyarışı Uzaqlaşma

Digər Xəbərlər