Tramp Pentaqonun rəhbərinə yeni tapşırıq verdi
ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetə Portlendi "Antifa" hərəkatından qorumaq üçün qoşunla təmin etməyi tapşırıb.
Ajans.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Daxili təhlükəsizlik katibi Kristi Noemin xahişi ilə mən müharibədən zərər çəkmiş Portlend, mühasirəyə alınmış bütün ICE obyektlərimizi "Antifa" və digər yerli terrorçuların hücumlarından qorumaq üçün hərb naziri Pit Heqsetə göstəriş verirəm. Lazım gələrsə, tam gücdən istifadə etməyə də icazə verirəm", - o yazıb.
Mövzular: