Ajans.az xəbər verir ki, bu barədə qurum “Facebook”da məlumat yayıb.

Bomba fərdi yaşayış evinin ərazisində aşkar edilib. 5 metrdən çox dərinlikdə yerləşən bomba istehkamçıların işini xeyli çətinləşdirib.

Sakinlərin təhlükəsizliyi üçün polis onları təxliyə edib.

İstehkamçıları xüsusi texnika vasitəsilə bombanı çıxararaq məhv etmək üçün daşıyıblar.