Məşhur aktyor mübahisə zamanı nişanlısının nişan üzüyünü dənizə atıb
Amerikalı aktyor Nicolas Cage, keçmiş nişanlısı, mərhum müğənni Liza Mari Presli ilə yaşadığı mübahisə zamanı onun milyonlarla rubl dəyərində olan nişan üzüyünü Sakit okeana atıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumat Daily Mail nəşrində yer alıb və hadisə Liza Marinin anası, Priscilla Presli tərəfindən yazılmış "Softly, As I Leave You: Life After Elvis" adlı kitabda açıqlanıb.
Hadisə 2001-ci ilin sentyabrında, cütlüyün Cənubi Kaliforniyada yaxtada istirahəti zamanı baş verib. Kitaba görə, münasibətlərindəki gərginlik böyük bir mübahisəyə çevrilib və Liza Mari qəzəblə nişan üzüyünü barmağından çıxararaq Cage-ə atıb.
Buna cavab olaraq, Nicolas Cage təxminən 65 min dollar dəyərində olan qızıl üzüyü götürərək qəzəb içində okeana atıb. Aktyor sonradan üzüyü tapmaq üçün dalğıc qrupunu hadisə yerinə göndərsə də, cəhdi uğursuz olub.
Priscilla Presli kitabında qeyd edir:
“Mənim bildiyimə görə, o üzük hələ də okeandadır.”
Qeyd edək ki, Nicolas Cage və Liza Mari Presli 2002-ci ildə evlənmiş, lakin cəmi 107 gün sonra boşanmışdılar. Onların münasibətləri mediada daim müzakirə mövzusu olub və bu insident, münasibətlərindəki gərginliyin daha bir nümunəsi kimi göstərilir.