Reklam resmi
Reklam resmi

BƏM Fransanın İrana qarşı iddiasını rədd edib

BƏM Fransanın İrana qarşı iddiasını rədd edib
Dünya

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Fransa hökumətinin İrana qarşı iki vətəndaşının həbsi ilə bağlı irəli sürdüyü iddianı rədd edib.

Ajans.az xəbər verir ki,Bu barədə Fransanın Le Monde nəşri məlumat yayıb.

Fransa may ayında Cécile Coler və Jacques Paris adlı iki vətəndaşının saxlanılması ilə bağlı BƏM-də İran hökumətinə qarşı hüquqi iddia qaldırmışdı. Rəsmi Paris onların beynəlxalq hüquq normalarına zidd şəkildə həbs olunduğunu və İranda ədalətli məhkəmə təmin edilmədiyini iddia edirdi.

Qeyd edək ki, hər iki şəxs 2022-ci ilin may ayında İran tərəfindən “İsrailin xeyrinə casusluq” ittihamı ilə saxlanılmışdı. Tehran tərəfi ittihamların hüquqi əsaslara söykəndiyini və məhkəmə prosesinin ölkə qanunvericiliyinə uyğun şəkildə aparıldığını bildirmişdi.

Beynəlxalq Ədalət Məhkəməsi isə bu gün verdiyi qərarda Fransanın iddiasının hüquqi əsaslar baxımından qəbuledilməz olduğunu və məhkəmənin bu məsələ üzrə yurisdiksiyasının məhdud olduğunu bildirib.

Fransa tərəfi hələlik BƏM-in qərarına rəsmi reaksiya verməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
BƏM Fransa İran

Digər Xəbərlər