Ajans.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qlobal Atom Forumunun iclasında səsləndirib.

"Ölkəmizi nüvə dövlətinə çevirdiyi üçün Prezident Vladimir Putinə təşəkkür edirəm. Bütün məlumatları açıq şəkildə, beynəlxalq hüquq və prinsiplərə riayət etməklə paylaşdı. Belarus yalnız reaktorun tikintisini tamamlamaq işində əskikdir və bu sahədə Rusiya təcrübəsindən yararlanmağa hazırdır. Biz artıq hər şeyi necə edəcəyimizi öyrənmişik və bu təcrübəni tərəfdaş ölkələrdə tətbiq etməyə hazırıq”.

O həmçinin Belarus və Rusiyanın AES tikintisinin keyfiyyətinə zəmanət verəcəyini qeyd edib və Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edərək belə deyib:

"Lütfən, lazım gələrsə, bizimlə əlaqə saxlayın. Prezident təsdiq edərsə, biz başlamağa hazırıq".