Türkiyə şirkətləri Dağıstanda yaşayış kompleksi və otel TİKƏCƏK
Türkiyəli investorlar Dağıstanın İzberbaş şəhərində yaşayış kompleksi və otel tikəcək.
Ajans.az xəbər verir ki, bu barədə şəhərin meri Rəsul Bakayev TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, 14 hektar ərazi federal mülkiyyətdən bələdiyyəyə keçirildikdən sonra tikinti üzrə danışıqlara başlanacaq:
Mənzillər müharibə iştirakçıları və digər imtiyazlı vətəndaşlara veriləcək.
O qeyd edib ki, Türkiyəli investorlar şəhərdə otel də tikməyi planlaşdırırlar:
Tikinti prosesi çərçivəsində yeni infrastruktur kanalizasiya və kommunikasiya xətləri yaradılacaq.
Mövzular: