Nikola Sarkoziyə 5 il həbs cəzası verildi
Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsinə görə 5 il müddətinə azadlıqdan məhrum edib.
Ajans.az xəbər verir ki,bu barədə BFMTV məlumat yayıb.
Qərara əsasən, cəzanın bir hissəsi şərti olaraq tətbiq olunacaq.
İttihama görə, Sarkozinin yaxın ətrafı seçki kampaniyası üçün Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ilə korrupsiya razılaşması bağlayaraq əlavə vəsait cəlb edib.
Qeyd edək ki, Nikola Sarkozi bundan əvvəl də kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsində təqsirli bilinmişdi. O, dəfələrlə Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə bağlı siyasətini tənqid edib.
Mövzular: