Reklam resmi
Reklam resmi

Rusiyadan QADAĞA - Bu ilin SONUNA QƏDƏR...

Rusiyadan QADAĞA - Bu ilin SONUNA QƏDƏR...
Dünya
526

Rusiya hökuməti ölkədən benzinin ixracını 2025-ci ilin sonuna qədər qadağan etmək qərarına gəlib.

Ajans.az xəbər verir ki,bu barədə baş nazirin müavini Aleksandr Novak RİA Novosti-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilin sonunadək qeyri-istehsalçılar üçün dizel yanacağının ixracına da qadağa qoyulacaq. Bu addım daxili bazarda yanacaq təminatını artırmaq məqsədi daşıyır.

“Qadağalar neft məhsulları ilə bazarın əlavə təminatına imkan verəcək”, – Novak qeyd edib.

Qeyd edək ki, Rusiyada bu ilin payızında əsas neft emalı zavodlarında plandankənar təmir işləri və logistik problemlər nəticəsində benzin qiymətləri kəskin artıb. Energetika Nazirliyi bildirir ki, qiymətlərin sabitləşdirilməsi üçün gündəlik monitorinq aparılır və ehtiyatlar operativ müdaxilə üçün hazır vəziyyətdə saxlanılır.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya benzin

Digər Xəbərlər