Reklam resmi
Reklam resmi

Google yeni kompüter əməliyyat sistemi hazırlayır

Google yeni kompüter əməliyyat sistemi hazırlayır
Dünya

Google və Qualcomm Android əsaslı yeni kompüter əməliyyat sisteminin yaradıldığını elan ediblər.

Ajans.az xəbər verir ki,bu barədə şirkət nümayəndələri Snapdragon Summit tədbirində məlumat veriblər.

Yeni ƏS süni intellekt imkanları nəzərə alınaraq fərdi kompüterlər üçün optimallaşdırılacaq. Google-un Android ekosisteminin rəhbəri Samir Samat bildirib ki, ChromeOS-un təcrübəsi əsasında Android texnologiyaları yenidən qurulur.

“Biz planşetlərdə Android təcrübəmizə əsaslanaraq bu platformanı kompüterlərə gətirmək niyyətindəyik,” – deyə o vurğulayıb.

Qualcomm-un baş direktoru Cristiano Amon isə ilk Android əsaslı kompüter nümunəsini artıq gördüyünü və nəticədən heyran qaldığını bildirib.

Şirkətlərin məlumatına görə, yeni əməliyyat sistemli fərdi kompüterlər 2026-cı ildə bazara çıxarılacaq. Lakin texniki təfərrüatlar hələlik açıqlanmayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Google Android

Digər Xəbərlər