ABŞ Türkiyə ilə Ermənistan və Azərbaycan üzrə daimi danışıq aparır
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff bəyan edib ki, rəsmi Vaşinqton Ermənistan və Azərbaycanla bağlı məsələlər üzrə Türkiyə ilə mütəmadi məsləhətləşmələr aparır.
Ajans.az xəbər verir ki, bu təmaslar ABŞ-ın Türkiyədəki səfiri Tom Barak vasitəsilə, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanla həyata keçirilir.
Vitkoff həmçinin bildirib ki, Ukrayna məsələləri üzrə də Ankara ilə koordinasiya mövcuddur və bu cür diplomatik dialoqlar ABŞ administrasiyası tərəfindən təşviq olunur.
Xüsusi nümayəndə qeyd edib ki, bu əlaqələrin nəticəsində “çoxsaylı uğur nümunələri” əldə olunub.
US Envoy Steven Witkoff says he regularly consults Turkish Intel Chief Ibrahim Kalin and Foreign Minister Hakan Fidan on Armenia, Azerbaijan, Ukraine through Tom Barrack. He is “encouraged” to do it at the Trump administration. He praises both Turkish officials pic.twitter.com/Klp98jsX4e
— Ragıp Soylu (@ragipsoylu) September 24, 2025