Reklam resmi
Reklam resmi

Netanyahu həbsdən yayınmaq üçün Fransadan yan keçdi

Netanyahu həbsdən yayınmaq üçün Fransadan yan keçdi
Dünya

İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka uçarkən təyyarəsinin marşrutunu dəyişib.

Ajans.az The Jerusalem Post-a istinadən xəbər verir ki, Netanyahu Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən potensial həbs riski səbəbilə Fransanın hava məkanından yan keçməyə qərar verib.

Məlumata görə, İtaliya və Yunanıstan istisna olmaqla, təyyarə digər Avropa ölkələrinin hava məkanına daxil olmayacaq. Halbuki Fransa adətən İsrail rəsmilərinin ABŞ-a uçuşlarında əsas tranzit ölkələrindən biri olub.

Xatırladaq ki, Netanyahu bu il aprelin 3-də ICC-nin həbs qərarına baxmayaraq Macarıstana səfər etmişdi. Bu, onun məhkəmə qərarından sonra ilk xarici səfəri idi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Netanyahu İsrail

Digər Xəbərlər