Reklam resmi
Reklam resmi

İki sərnişin təyyarəsi toqquşdu- Bu ölkədə...

İki sərnişin təyyarəsi toqquşdu- Bu ölkədə...
Dünya

Moskvanın Şeremetyevo hava limanında gecə saatlarında iki sərnişin təyyarəsi toqquşub. Hadisə zamanı ciddi insident qeydə alınmasa da, sərnişinlər təxliyə olunub.

Ajans.az xəbər verir ki,"Rossiya" Hava Yollarının mətbuat xidmətindən "Kommersant" nəşrinə verilən məlumata görə, Moskvadan Sankt-Peterburqa FV6097 saylı reyslə hərəkət edən “Sukhoi Superjet” tipli təyyarə eniş-enmə zolağında başqa bir sərnişin təyyarəsi ilə toqquşub.

Hadisə nəticəsində təyyarənin quyruq hissəsi zədələnib, lakin xəsarət alan olmayıb. “Rossiya” şirkəti bildirib ki, sərnişinlər dərhal aerovağzal binasına təxliyə olunub, onlara alternativ uçuş təşkil edilib.

“Hazırda texniki xidmətlər təyyarəyə baxış keçirir. Sərnişinlər terminal binasında yerləşdirilib və Moskva vaxtı ilə saat 23:08-də ehtiyat təyyarə ilə **Sankt-Peterburqa uçuş üçün minməyə başlanılıb”, – hava yolları şirkətinin mətbuat xidmətindən bildirilib.

Shot Telegram kanalının məlumatına görə, hadisə baş verən zaman təyyarədə təxminən 100 sərnişin olub. Toqquşmanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı əlavə məlumat verildikcə xəbər yenilənəcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Şeremetyevo hava limanı

Digər Xəbərlər