Reklam resmi
Reklam resmi

Ərdoğan: Avropa Ukraynaya həmişə yardım göstərə bilməz

Ərdoğan: Avropa Ukraynaya həmişə yardım göstərə bilməz
Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın Ukraynaya daimi iqtisadi yardım göstərmək imkanlarına şübhə ilə yanaşdığını bildirib.

Ajans.az Fox News-a istinadən xəbər verir ki,bu fikirləri o, müsahibəsi zamanı səsləndirib.

"Vəziyyətə maliyyə nöqteyi-nəzərindən baxsaq, xüsusilə aydın olar ki, Ukrayna iqtisadi baxımdan Rusiya ilə rəqabət apara bilməz. Amma Avropanın yardım etdiyini də nəzərə almalıyıq. Düşünmürəm ki, Avropa Ukraynaya həmişəlik iqtisadi yardım göstərə bilər", – deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan müsahibəsində həmçinin Ukrayna münaqişəsinin diplomatik yollarla həllinin vacibliyini bir daha qeyd edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Rəcəb Tayyib Ərdoğan Avropa Ukrayna

Digər Xəbərlər