Ərdoğandan AÇIQLAMA: Qəzza Fələstinin ayrılmaz parçasıdır...
Türliyə Prezidenti Rəcəp Tayyip Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Fələstin dövləti ilə bağlı çıxış edib.
Ajans.az xəbər verir ki, o, çıxışı zamanı Fələstin dövlətini tanıyan Qərb öıkələrini təbrik edib.
Ərdoğan çıxışı zamanı Qəzzadakı vəziyyətə toxunub.
O vurğulayıb ki, tezliklə atəşkəs elan edilməli, Qəzzaya humanitar yardımlar maneəsiz şəkildə çatdırılmalı və İsrail qüvvələri Qəzzadan çıxarılmalıdır.
"Qəzza Fələstinin ayrılmaz parçasıdır", - deyə o bildirib.
Qeyd edək ki, Ərdoğan Qəzzada baş verənləri soyqırım adlandıraraq Fələstinə dəstəyini ifadə edib.
Mövzular: