Rusiya bu səbəbdən Moskva səmasını BAĞLADI
Moskvaya PUA hücumu ilə əlaqədar Rusiya paytaxtının səması qapadılıb.
Ajans.az BAZA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Moskva aeroportlarında "Xalça planı" elan edilib.
Qeyd edək ki, Rusiya paytaxtına PUA hücumu olub. Moskva meri paytaxta uçan 7 PUA-nın vurulduğunu açıqlayıb.
Moskva hava limanlarında uçuşlar təxirə salınıb.
Moskvaya uçan təyyarələr geri qayıdır.
Yerli sakinlər Rusiya paytaxtının müxtəlif yerlərində ən azı 10 partlayış səsi eşidiblər.
Mövzular: