Reklam resmi
Reklam resmi

ABŞ-də zəlzələ baş verib

ABŞ-də zəlzələ baş verib
Dünya

ABŞ Geoloji Xidmətinin məlumatına görə, bazar ertəsi səhər saatlarında San-Fransisko Körfəz Bölgəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki,yeraltı təkanlar Berklinin şərq-cənub-şərqində, yerli vaxtla saat 03:00-dan bir qədər əvvəl baş verib.

Sakinlər sosial şəbəkələrdə evlərinin titrədiyini və silkələnmənin güclü olduğunu bildiriblər. KTVU-TV aparıcısı Dave Clark redaksiya otağından verdiyi açıqlamada “Zənglərimiz San-Fransiskodan, Şərqi Körfəzdən və hər yerdən gəlir. Redaksiyada hər şey titrəyirdi… Bu, hamını qəfil yaxaladı”, – deyə qeyd edib.

Hazırda xəsarət alanlar və ya ciddi dağıntılarla bağlı məlumat verilməyib. Araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ zəlzələ

Digər Xəbərlər