Reklam resmi
Reklam resmi

Filippində etirazlar zamanı 216 nəfər saxlanılıb

Filippində etirazlar zamanı 216 nəfər saxlanılıb
Dünya

Filippində keçirilən kütləvi etiraz aksiyaları zamanı, o cümlədən azyaşlılar da daxil olmaqla 216 nəfər polis tərəfindən saxlanılıb.

Ajans.az xəbər verir ki,bu barədə The Manila Times, ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin məlumatına görə, sentyabrın 21-də baş vermiş iğtişaşlar zamanı saxlanılan şəxslər avtomobilləri yandırmaq, daş və molotov kokteyli atmaq, habelə moteldən əşyalar oğurlamaq ittihamları ilə üzləşiblər.

Filippinin daxili işlər naziri Xuanito Remulla bildirib ki, polis əməkdaşlarına molotov kokteyli atan şəxslər "adam öldürməyə cəhd" ittihamı ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. O, etirazçıları “anarxistlər” adlandıraraq, hüquq-mühafizə orqanlarının sərt tədbirlər görəcəyini vurğulayıb.

Etiraz aksiyası “Trilyon Peso Yürüşü” adı ilə keçirilib. Aksiya ölkənin daşqınlara qarşı mübarizə fondunun mənimsənilməsi ilə bağlı iddiaların ictimailəşməsindən sonra başlanıb. Daxili İşlər Nazirliyinin hesablamalarına görə, yürüşdə təxminən 49 min nəfər iştirak edib.

İğtişaşlar zamanı azı 40 polis əməkdaşı xəsarət alıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Filippin etirazlar

Digər Xəbərlər