Ərdoğan: “Türkiyə-Rusiya-Çin ittifaqı ideyasını tam izləməmişəm”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, son günlər müzakirə olunan Türkiyə-Rusiya-Çin strateji ittifaqı ideyasına münasibət bildirib. Prezident bu mövzuya dair geniş məlumatlı olmadığını etiraf edib.
Ajans.az Halk TV-yə istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib:
“Açığı, mən bu məsələni tam izləməmişəm. Amma ən yaxşısı bu olsun.”
İttifaq ideyası Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı tərəfindən irəli sürülüb. O, ABŞ və İsrailin də daxil olduğu “şər koalisiyasına” qarşı strateji tarazlıq yaratmaq məqsədilə Türkiyə, Rusiya və Çin arasında əməkdaşlığın dərinləşdirilməsini təklif edib.
Hazırda Ərdoğanın bu təşəbbüsə münasibəti neytral və qeyri-müəyyən kimi qiymətləndirilir. Lakin mövzu Türkiyə daxili siyasətində və beynəlxalq münasibətlər kontekstində müzakirələrə səbəb olub.
Mövzular: