Türkiyə səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyənin Azərbaycandakı səfirliyi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.
Ajans.az xəbər verir ki, Türkiyə səfirliyi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qardaş Azərbaycanı 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik", - deyə paylaşımda bildirilir.
Kardeş Azerbaycan’ı, 20 Eylül Devlet Egemenliği Günü münasebetiyle kutluyoruz. Azerbaycan’ın egemenliği ve toprak bütünlüğü uğrunda canlarını feda eden tüm kardeşlerimizi rahmetle yad ediyor, gazilere Allah’tan şifa diliyoruz. ???????????????????????? pic.twitter.com/COLpWUPEk5
— Türkiye in Azerbaijan (@TC_BakuBE) September 20, 2025