Reklam resmi
Reklam resmi

Keçmiş prezident korrupsiya ittihamı ilə üzləşib- Bu ölkədə…

Keçmiş prezident korrupsiya ittihamı ilə üzləşib- Bu ölkədə…
Dünya

Ekvadorun keçmiş prezidenti Lenin Moreno Coca Codo Sinclair su elektrik stansiyasının tikintisi zamanı korrupsiyada ittiham olunur. Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Ajans.az RİA "Novosti"yə istinadən xəbər verir.

İstintaq orqanlarının məlumatına görə, sözügedən qanunsuz əməllər Morenonun 2007–2013-cü illərdə Ekvadorun vitse-prezidenti olduğu dövrdə törədilib. Prokurorluğun iddiasına əsasən, yüksək vəzifəli məmurlar və iş adamları Çin şirkəti Sinohydro ilə məxfi razılaşmalara girərək rüşvət müqabilində şirkətə güzəştlər ediblər.

İttihamlara əsasən, 76,1 milyon ABŞ dolları məbləğində rüşvət alınmasında Morenonun yaxın ətrafı – Conto Patinyo, Mariya Patinyo və Xavyer Macias da iştirak edib. Onların bu məbləği müxtəlif yollarla mənimsədiyi və şəxsi məqsədlər üçün istifadə etdiyi bildirilir.

Qeyd edək ki, Coca Codo Sinclair Ekvadorun ən böyük enerji layihələrindən biri hesab olunur və Çinin dövlət şirkəti tərəfindən inşa edilib. Layihə ətrafında illərdir korrupsiya iddiaları müzakirə olunur. Lenin Moreno hələlik bu ittihamlarla bağlı ictimai açıqlama verməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ekvador Lenin Moreno Coca Codo Sinclair

Digər Xəbərlər